Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

15.03.2026

Apa.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə Goranboy-Ağcakənd yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub.

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda piyadanın kimliyi dəqiqləşdirilir.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertizanın Patoloji Anatomiya Birliyi Publik Hüquqi Şəxsin rayon şöbəsinə təhvil verilib.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью