Goranboyda avtomobil qəzası: Bir ailənin iki üzvü yaralandı

01.12.2024

Oxu.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza Qızılhacılı qəsəbəsi ərazisində qeydə alınıb

Hadisə nəticəsində Gəncə sakini olan bir ailənin iki üzvü - 1974-cü il təvəllüdlü Səlim Yusif oğlu Əliyev və 1963-cü il təvəllüdlü Nailə Yusif qızı Əliyeva müxtəlif bədən xəsarətləri alıb. Hər iki yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью