Goranboyda avtomobillər toqquşdu: 6 nəfər yaralandı Foto

28.12.2024

Icma.az xəbər verir, Axar.az saytına əsaslanaraq.

Goranboyda avtomobillər toqquşub, xəsarət alanlar var.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Balakürd kəndində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü H.Əkbərov, 2007-ci il təvəllüdlü S.Hüseynov, 2007-ci il təvəllüdlü T.Cəfərov, 1991-ci il təvəllüdlü C.Cəfərov, 2002-ci il təvəllüdlü E.Abduləzimov və 2003-cü il təvəllüdlü Ü.Baxşəliyev xəsarət alıb.

Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью