Goranboyda avtomobillər toqquşdu: Xəsarət alanlar var

02.09.2026

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Goranboyda xəsarətlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Goran yolu adlanan ərazində qeydə alınıb.
 

Zeyvə kənd sakini 1996-cı il təvəllüdlü Nuravi Kərimovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil 1987-ci il təvəllüdlü Səfükürd sakini İnarə Həsənovanın idarə etdiyi "Chevrolet" markalı maşınla toqquşub.


Hadisə nəticəsində N. Kərimov və onun qardaşı 1999-ci il təvəllüdlü Namiq Kərimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Hadisə yerinə yol-polisi əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью