Goranboyda BƏDBƏXT HADİSƏ: Ölən var

07.03.2025

News24 portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Goranboyda bədbəxt hadisə baş verib.

News24.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Borsunlu kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1960-cı il təvəllüdlü Paşa Yaşar oğlu Əliyevi elektrik cərəyanı vurub.

65 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью