Goranboyda bir ailə avtomobil qəzasına düşüb, ölənlər və xəsarət alanlar var | Icma.az
Icma.az, Missiya.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Goranboyda bir ailə avtomobil qəzasına düşüb.Missiya.Az "Report"-a istinadən xəbər verir ki, Abşeron rayon sakini, 1992-ci il təvəllüdlü Ayşən Fərrux qızı Məmmədovanın idarə etdiyi "Hyundai" markalı avtomobil Goranboy rayon ərazisində idarəetmədən çıxaraq aşıb.Qəza nəticəsində sürücünün anası və qızı aldığı xəsarətdən hadisə yerində ölüblər.Sürücü və iki övladı - 2016-cı il təvəllüdlü Məmmədli Əsmər Samir qızı və 2021-ci il təvəllüdlü Məmmədli Əlixan Samir oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.Zərərçəkənlər xəstəxanaya çatdırılıb, vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.Faktla bağlı araşdırma aparılır.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu