Goranboyda “Changan” kişini vurub öldürdü KONKRET

24.10.2026

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

KONKRET.az APA-ya istinadla bildirir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

“Changan” markalı minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib. Hazırda ölən şəxsin kimliyi dəqiqləşdirilir.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью