Icma.az xəbər verir, Lent az saytına əsaslanaraq.
Goranboyda qətl hadisəsi olub.
Lent.az-ın əldə etdiyi xəbərə görə, hadisə Bağçakürd kəndində baş verib.
31 yaşlı, əqli qüsurlu Orxan Həsənov şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı ov tüfəngindən açdığı atəşlə həmkəndlisi Qələndər Muradovu qətlə yetirib.
Polisin keçirdiyi müvafiq tədbirlər nəticəsində O. Həsənov saxlanılıb.
Araşdırma aparılır.