Goranboyda döşəmənin çökməsi nəticəsində xəsarət alanların adları AÇIQLANDI

23.11.2025

Bizim media portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Goranboyda, Cəfər Cabbarlı küçəsində yaşayış binasının döşəməsinin çökməsi zamanı xəsarət alanların kimliyi məlum olub.
Bizim.Media-nın  yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində bina sakinləri, 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədova yüngül xəsarətlər alaraq Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib, müalicələri davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью