Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Goranboy rayonunun Sarov kəndi ərazisində əkin sahəsində meyit aşkarlanıb.
Lent.az-ın məlumatına görə, kənd sakini, 1966-cı il təvəllüdlü Səxavət Tanrıverdiyevin meyiti yaşadığı evin yaxınlığında yerləşən, ona məxsus əkin sahəsində tapılıb.
İlkin məlumata əsasən, 59 yaşlı şəxs yonca sahəsinin suvarılması zamanı qəfil ürək tutmasından vəfat edib.
Hadisə yerinə Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.