Baku.ws saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Goranboyda evdən meyit tapılıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Düzqışlaq kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 2008-ci il təvəllüdlü Ü.Ağayevin meyiti yaşadığı evdə aşkarlanıb.
Hazırda hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb ediliblər.
Ölümün səbəbi hələlik məlum deyil. Meyit müayinə olunmaq üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma aparılır.