Goranboyda faciə: qadın sərçəyə görə qurban getdi

15.05.2025

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

Goranboyda tir tüfəngindən açılan atəşdən qadının xəsarət alması ilə bağlı təfərrüat məlum olub.

Globalinfo.az APA-ya istinadən xəbərinə görə, araşdırmalar zamanı məlum olub ki, N. Xudaverdiyevaya tir tüfəngi ilə ehtiyatsızlıqdan atəş açılıb. Xəsarət yetirən şəxsin onun həyat yoldaşı olması müəyyən edilib.

Məlumata görə, həyat yoldaşı evin həyətində sərçə ovlayan zaman güllə ehtiyatsızlıqdan N.Xudaverdiyevaya dəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bundan əvvəl qadının qayınanasının tir tüfəngindən atəş açması nəticəsində xəsarət aldığı barədə məlumat yayılmışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью