Goranboyda gəlininə qumbara atan kişinin arvadı danışdı Günümüz polislərdə keçirdi...

17.02.2025

Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Goranboyda qayınata gəlininə qumbara atıb.

Hadisə rayonun Qarasüleymanlı kəndində qeydə alınıb.

68 yaşlı Zakir Həsənov yaşadığı həyətə qəsdən qumbara atıb. Partlayış baş verən zaman gəlini, 39 yaşlı Vəfa Aslanova xəsarət alıb.

Zərərçəkənin qaynanası Yamən Məmmədova Baku tv-yə hadisənin təfərrüatlarını danışıb:

 "Gəlin ona tərəf daş atdı, o da nə atdısa, bilmədim. Mən nəvəmlə kənarda dayanmışdım. Birdən tüstü qalxdı, elə bildim ayağım yerdən üzüldü. Sonra gördüm ki, gəlin yerə yıxılıb. Yaxınlaşıb baxanda damarından qan axdığını gördüm. O, dəfələrlə deyirdi ki, evdə hamınızı partladacağam, günümüz polislərdə keçirdi..."

Ətraflı videosüjetdə:

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью