Goranboyda GəncFest və konsert proqramı təşkil olunub

03.02.2026

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboy, 3 fevral, AZƏRTAC

Gənclər və İdman Nazirliyi, Goranboy Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Goranboy 2026 – Gənclər Paytaxtı” çərçivəsində GəncFest və konsert proqramı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Goranboy rayonunda yerləşən Heydər Əliyev parkında baş tutub.

Gənclər hərbi-vətənpərvərlik, yaradıcılıq, stolüstü oyunlar, intellektual yarışlar, interaktiv təlimlər və əyləncə zonalarında müxtəlif fəaliyyətlərdə iştirak ediblər.

Konsert proqramında DJ performansı nümayiş olunub, tanınmış ifaçılar çıxış ediblər.

Gənclər üçün bayram əhval-ruhiyyəsində keçən tədbir möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Qeyd edək ki, “Goranboy 2026 – Gənclər Paytaxtı” çərçivəsində keçirilən tədbirlərin əsas məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onların sosial fəallığının artırılması və ictimai həyata daha aktiv cəlb olunmasıdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью