Goranboyda heyvanlar minaya düşüb

20.09.2025

Icma.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Goranboyda xırdabuynuzlu heyvanlar minaya düşüb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayon Tapqaraqoyunlu kəndi ərazisində, keçmiş təmas xəttində qeydə alınıb.

Kənd sakinə məxsus xırda buynuzla mal qara piyada əleyhinə minaya düşüb. Hadisə nəticəsində qoyunlardan biri tələf olub, digəri isə yaralanıb, kənd sakini xəsarət almayıb. Mina partlayışı ilə bağlı əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью