Goranboyda iki avtomobil toqquşdu, xəsarət alanlar var

29.01.2026

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, qəza rayonun Faxralı kəndinin girişində qeydə alınıb. Hərəkətdə olan iki VAZ markalı minik avtomobili toqquşub. Hadisə nəticəsində bir neçə nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Qəza yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью