Goranboyda iki maşın toqquşub, 4 nəfər xəsarət alıb YENİLƏNİB

29.07.2025

Icma.az bildirir, Apa.az saytına əsaslanaraq.

Bu gün Goranboy rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 4 nəfər (2-si qadın, 2-si kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Bu barədə APA-ya TƏBİB-dən məlumat verilib.

"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı xəsarətlər diaqnozu təyin edilib. Hazırda 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir. Digər 1 nəfərə zəruri tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən özəl tibb müəssisələrinin birinə təxliyə edilib", məlumatda deyilir.

***

14.43

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, “VAZ-2107” və “VAZ-21015” markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər - “VAZ”-2107 sürücüsü 1989-cu il təvəllüdlü Tural Mustafayev, “VAZ-21015” sürücüsü 1975-ci il təvəllüdlü Rauf Səlimov və “VAZ-2107"nin sərnişini 1960-cı il təvəllüdlü Əsibə Mustafayeva xəsarət alıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью