Goranboyda iki minik maşını toqquşub, xəsarət alan var

20.03.2025

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az-ın "Unikal"a istinadən məlumatına görə. hadisə rayonun Tap Qaraqoyunlu kəndində qeydə alınıb. Belə ki, 1955-ci il təvəllüdlü  kənd sakini İman Quliyevin  idarə etdiyi "VAZ'-2106 markalı avtomobillə, 1991-ci il təvəllüdlü Bəhruz Rüstəmovun idarə etdiyi "Lada Priora" markalı avtomobil toqquşub. Qəza zamanı  "Lada Priora"nın sərnişini, Tap Qaraqoyunlu kənd sakini, 1956-cı il təvəllüdlü F. Sarıyeva xəsarət alıb.

Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib. Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью