Goranboyda iki VAZ toqquşdu Xəsarət alanlar var

30.05.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat yayır.

Goranboyda qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Dəliməmmədli şəhəri ərazisində baş verib.

Hərəkətdə olan "VAZ-2106" ilə "VAZ-21011" markalı minik avtomobilləri toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью