Goranboyda iki yeniyetməni maşın vurub

12.10.2025

Icma.az, Apa.az saytına istinadən bildirir.

Goranboyda iki piyadanı maşın vurub.

APA-nın yerli bürosuna xəbərinə görə, hadisə Goran Naftalan yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan"Priora "markalı minik maşını yolu keçmək istəyən 2011-ci il təvəllüdlü F.Qasımovanı və 2013-cü il təvəllüdlü N.Həsənovanı vurub.

Yeniyetmə qızlar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью