Goranboyda it qadını YARALADI

13.03.2025

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Goranboy rayonunda it qadına ağır xəsarət yetirib.

Redaktor.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Baxçakürd kəndində qeydə alınıb.

64 yaşlı A.Kərimova həyətində saxladığı itin hücumuna məruz qalıb.

Qadın ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Onun Bakıdakı xəstəxanalardan birinə göndəriləcəyi bildirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью