Goranboyda itkin şəhid Rauf Əhmədov dəfn olundu FOTO

03.07.2026

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Birinci Qarabağ müharibəsində itkin düşmüş və nəşinin qalıqları sonradan tapılmış Rauf Əhmədov Goranboy rayonunun Sarov kənd qəbiristanlığında torpağa tapşırılıb.

Moderator.az xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, Goranboy Rayon İcra Hakimiyyətinin rəsmiləri, hərbçilər, şəhidin döyüş yoldaşları, müharibə veteranları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, şəhid Rauf Əhmədov 1969-cu ildə anadan olub. Birinci Qarabağ müharibəsi başlayandan sonra könüllü olaraq orduya qatılıb. Onun döyüş yolu Murov, Kəlbəcər, Ağdam və Ağdərə istiqamətlərindən keçib. Onun erməni işğalçılarına qarşı sonuncusu döyüşü 1993-cü ildə Ağdərə istiqamətində olub. Rauf Əhmədov elə orada itkin düşüb. İtkin düşən zaman şəhidin 24 yaşı olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью