Goranboyda kişi dəm qazından zəhərləndi

09.12.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

Goranboyda zəhərlənmə faktı qeydə alınıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Ağcakənd qəskəndində  baş verib. Kənd sakini 1991-cı il təvəllüdlü Polad Aslanov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

33 yaşlı kişi xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Onun vəziyyətinin kafi olduğu bildirilir.Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью