Goranboyda kişi qeyrirəsmi münasibətdə olduğu qadını bıçaqladı

22.11.2024

Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, Nərimanlı kəndi ərazisində baş verən hadisə zamanı Lerik sakini 1990-cı il təvəllüdlü Samir İbrahimov Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Gözəl Fərəcovanı bıçaqlayıb.

Məlumata görə, S.İbrahimovla G.Fərəcova qeyri-rəsmi ər-arvad münasibətlərində olublar.

Şəxsi münasibətlər zəminində baş verən hadisə zamanı S.İbrahimov qadının bel nahiyəsinə 2 bıçaq zərbəsi vurub.

Qadın xəstəxanaya çatdırılıb. S.İbrahimov isə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Samir İsayev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью