Goranboyda kişi ürək əməliyyatlndan sonra öldü

02.04.2025

Medicina portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Ürək əməliyyatı keçirən Goranboy sakini xəstəxanada vəfat edib.

"Medicina" "Teleqraf"a istinadən xəbər verir ki, təxminən üç ay öncə başqa tibb müəssisəsində ürək əməliyyatı olunan 1960-cı il təvəllüdlü E.Bayramovun evdə qəfildən halı pisləşib.

Goranboy Rayon Mərkəzi Xəstəxanasına çatdırılan şəxsin təzyiqi ölçülüb və ona iynə vurulub. Bundan sonra yaşlı kişinin halı daha da ağırlaşıb.

Həkimlərin müdaxiləsinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Mərhumun yaxınları həkimlərdən şikayətçidirlər. E.Bayramovun nəşi ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma başlanılıb.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью