Goranboyda kombayn yanıb VİDEO

22.06.2026

Avtosfer saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Goranboy rayonunda kombayn yanıb.
Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkədə yayımlanıb.
Qeyd olunub ki, hadisə Goranboy rayonunun Səmədabad kəndində baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti faktı təsdiqləyib.
"Sözügedən hadisə iyunun 20-də baş verib. Nazirliyin "112" qaynar telefon xəttinə Səmədabad kəndində kombaynın yanması ilə bağlı məlumat daxil olub. Dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb ediliblər. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində kombaynın mühərrik hissəsi yanıb, qalan hissəsi isə yanğından mühafizə olunub", - deyə məlumatda bildirilib.
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью