Goranboyda maşın atla toqquşdu: Sürücü xəsarət aldı | Icma.az
Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Goranboyda minik maşını atla toqquşduqdan sonra yoldan çıxaraq su kanalına düşüb.
"Cebheinfo.az" Modern.az-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomagistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Murad Fəttahovun idarə etdiyi minik avtomobili gecə saatlarında qarşısına qəfil çıxan atı vurub.
Daha sonra magistral yolun arakəsmə dəmirlərinə çırpılan avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb.
Hadisə yerinə çağrılan Təcili Tibbi Yardım briqadası sürücüyə tibbi yardım göstərib. Hadisənin baş vermə səbəbləri araşdırılır.
"Cebheinfo.az" Bizi Telegramda izləyin Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Tam oxu
Xəbəri oxu