Axar.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Goranboyda ölümlə nəticələnən qəza baş verib.
Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə rayonun Todan kəndi ərazisində qeydə alınıb.
“NİVA” markalı minik avtomobilin sürücüsü idarəetməni itirərək maşını dərəyə aşırdıb.
Qəza nəticəsində 1962-ci il təvəllüdlü Naqilə Həsənəliyeva vəfat edib.
O, birinci Qarabağ müharibəsi şəhidi Sirac Həsənəliyevin anasıdır.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma başlanılıb.