Goranboyda məktəblini qaçıran 31 yaşlı kişi SAXLANILDI

14.03.2025

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə Regional Qrupunun baş inspektoru Eşqin Qasımov Bizim.Media-ya bildirib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B.-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.
Faktla bağlı cinayət işi başlanılıb. 31 yaşlı O.Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.
Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью