Goranboyda mikroavtobus minik maşını ilə toqquşub, yaralılar var

29.06.2025

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Goranboy-Ağcakənd olunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan VAZ 2106 ilə "Mercedes” markalı mikroavtobus toqquşub. Qəza zamanı bir neçə nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə qəza düşən "Mercedes" avtobusu turistləri daşıyırmış.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью