Goranboyda minik avtomobili aşdı: Sürücü xəsarət aldı FOTO

11.10.2026

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə Goranboy-Tərtər avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.

Qəza nəticəsində avtomobilin sürücüsü, 2002-ci il təvəllüdlü X.Tağıyev xəsarət alıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır (APA).

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью