Goranboyda minik avtomobili dəmir arakəsməyə çırpılıb

21.07.2025

Icma.az, Bakivaxti saytına istinadən bildirir.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı dəmir arakəsməyə çırpılıb.

Qəza nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb. Avtomobilə və yol infrastrukturuna ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью