Goranboyda minik avtomobili yük maşınına dəyərək AŞDI

15.01.2025

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Goranboyda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 
Bizim.Media-nın yerli bürosonun məlumatına görə, Goranboy-Ağcakənd yolunda, Meşəli kəndi ərazisində yük maşını ilə minik avtomobili toqquşub. 
 

Qəza zamanı Xocalı rayon sakini 2002-ci il təvəllüdlü Tacir Rəcəbovun idarə etdiyi “VAZ 21015” markalı minik avtomobili yolunun kənarına aşıb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.


Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью