Goranboyda minik maşını dəmir arakəsməyə ÇIRPILDI

06.04.2025

Icma.az, Unikal.az portalına istinadən məlumatı açıqlayır.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, A.Həsənov '"Opel"  markalı minik maşını ilə hərəkətdə olan zaman  idarəetmədən çıxaraq yol kənarındakı dəmir ara kəsməyə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobilə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью