Goranboyda minik maşını ilə yük avtomobili toqquşub

31.05.2025

Icma.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Goranboyda yol nəqliyyat hadisəsi baş verib.

Hadisə Səfikürd-Naftalan yolunun Səfikürd kəndindən keçən hissəsində qeydə alınıb.

1996-cı il təvəllüdlü Ayxan Əkbərov idarə etdiyi "Toyota Pirus"la markalı minik maşını ilə Gəncə şəhər sakini 1983-cü il təvəllüdlü Həsən Məmmədovun idarə etdiyi "Ford Tranzit" markalı yük avtomobil toqquşub.Qəza zamanı xəsarət alan olmayıb,avtomobillərə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır. (APA)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью