Goranboyda müəllim sirkə turşusundan zəhərlənib öldü

29.07.2026

Icma.az, Qafqazinfo portalına istinadən məlumat verir.

Goranboy rayonunda müəllim sirkə turşusundan zəhərlənərək ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Borsunlu kəndində qeydə alınıb.

Belə ki, Ofelya Musayeva sirkə turşusundan zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanalardan birinə yerləşdirilib.

Ona lazımi tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Məlumat üçün bildirək ki, mərhum Borsunlu kənd tam orta məktəbində rəsmxət fənnini tədris edirdi.

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.

Yunis Quliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью