Goranboyda nişan mərasimi dayandırıldı

28.11.2025

Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.

Goranboyda 17 yaşlı qızın nişan mərasiminin qarşısı alınıb.

"Unikal" xəbər verir ki, Goranboy Rayon Polis Şöbəsinə rayonunun Qarasüleymanlı kəndində 2008-ci il təvəllüdlü qızın nişan mərasiminin keçirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşları tərəfindən həmin mərasimin qarşısı alınıb və tərəflərin valideynləri ərazi üzrə polis orqanına dəvət olunublar.

Onlarla profilaktik söhbətlər aparılıb və qanunvericiliyin tələbləri izah edilib.

Tural Əhmədov


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью