Goranboyda oğul anasını qətlə yetirib, həyat yoldaşını bıçaqlayıb YENİLƏNİB

31.01.2026

Apa.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Goranboy rayonunda oğlu tərəfindən qətlə yetirilən qadının şəxsiyyəti məlum olub.
APA-nın yerli bürosunun məlumatına görə, mərhum rayonun Faxralı kənd sakini, 1963-cü il təvəllüdlü Z. Əhmədova olub.

Məlumata əsasən, hadisəni qadının oğlu - 1987-ci il təvəllüdlü E. Vəliyev törədib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma davam etdirilir.


***
06:18
Goranboy rayonunda ağır cinayət hadisəsi baş verib.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Faxralı kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - 1995-ci il təvəllüdlü J. Yolçuzadə və onun anası yaşadıqları evdə bıçaqlanıblar. J. Yolçuzadə müxtəlif bıçaq xəsarətləri ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Digər qadının isə hadisə yerində öldüyü müəyyən edilib.

İlkin məlumata əsasən, hadisəni qadının oğlu törədib. O, anasını qətlə yetirib, həyat yoldaşını isə bıçaqlayıb. Məlumata görə, hadisəni törətməkdə şübhəli bilinən şəxs müharibə iştirakçısıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью