Goranboyda pambıq yığımına başlanılıb

01.10.2025

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Goranboy, 1 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Goranboy rayonunda 2025-ci ilin pambıq yığımı mövsümünə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilk pambıq yığımı Yasin Zeynalova məxsus təsərrüfatda həyata keçirilib. Təsərrüfat sahibi ilə “Goran Cotton” MMC arasında bağlanmış müqaviləyə əsasən, 3,4 hektar torpaq sahəsindən artıq 2,31 ton məhsul toplanaraq qəbul məntəqəsinə təhvil verilib.

Əkin sahələrində məhsuldarlığın artırılması, suvarma sistemlərinin təkmilləşdirilməsi və pambıq qəbul məntəqələrində şəffaflıq və operativliyin təmin edilməsi istiqamətində işlər davam etdirilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью