Goranboyda piyada yol qəzasında həyatını itirdi

23.09.2026

Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Goranboyda baş verən yol nəqliyyat hadisəsi piyadanın ölümü ilə nəticələnib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax-Gürcüstan magistral avtomobil yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.
 

Axşam saatlarında Şirvan şəhər sakini, 1985-ci il təvəllüdül Mirdamət Xalıqov avtomobilini yol kənarında saxlayaraq yolu qarşı tərəfə keçmək istəyərkən hərəkətdə olan digər nəqliyyat vasitəsi onu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Qəza yerinə yol-polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью