Goranboyda qaçırılan 9 cu sinif şagirdi ailəsinə verilib, bir nəfər saxlanılıb

14.03.2025

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Goranboyda qaçırılan 9-cu sinif şagirdi ailəsinə verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımov APA-nın yerli bürosuna bildirilib ki, Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində Z.B-nin yeri müəyyən edilərək ailəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb. 31 yaşlı O. Hüseynzadə saxlanılaraq istintaqa təhvil verilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью