Goranboyda qadın bıçaqlandı

22.11.2024

Icma.az xəbər verir, Bakivaxti saytına əsaslanaraq.

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

Bakıvaxtı.az Apa-ya istinadla xəbər verir ki, hadisə rayonun Nərimanlı kəndi ərazsində qeydə alınıb. Lerik rayon sakini 1990-cı il təvəllüdlü İbrahimov Samir Akif oğlu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Fərəcova Gözəl Rasim qızını bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Onun sonra avtomobillə qadının üstündən keçdiyi bildirilir.

G. Fərəcova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью