Goranboyda qadın bıçaqlanıb, sonra maşınla üstündən keçilib

22.11.2024

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Nərimanlı kəndi ərazsində qeydə alınıb. Lerik rayon sakini 1990-cı il təvəllüdlü İbrahimov Samir Akif oğlu Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Fərəcova Gözəl Rasim qızını bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub. Onun sonra avtomobillə qadının üstündən keçdiyi bildirilir.

G. Fərəcova xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью