Goranboyda qadın dəm qazından boğularaq ölüb

08.03.2026

Apa.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Goranboyda zəhərlənmə hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Goran qəsəbəsində qeydə alınıb. Belə ki, qəsəbə sakini 1995-ci il təvəllüdlü G.Məmmədova yaşadığı evdə dəm qazından zəhərlənib. Qadın xəstəxanaya çatırılsada onun həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью