Goranboyda qadın güllələnib

14.05.2025

Icma.az, Reyting.az saytına istinadən bildirir.


Goranboyda qadın tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb.

Məlumata görə, rayon sakini, 2001-ci il təvəllüdlü N.Xudaverdiyeva tir tüfəngindən açılan atəş nəticəsində xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Hadisəni törətməkdə onun qayınanası, 1968-ci il təvəllüdlü G.Xudaverdiyeva şübhəli bilinir.
Atəşin ehtiyatsızlıqdan açıldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır(Report).
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью