Lent az saytından alınan məlumata görə, Icma.az bildirir.
Goranboyda iynədən şoka düşən qadın ölüb.
Lent.az APA-ya istinadla bildirir ki, hadisə Xocalı rayon sakinlərinin məskunlaşdığı şəhərcikdə qeydə alınıb.
Belə ki, şəhərcikdə yaşayan Xocalı rayon sakini 46 yaşlı Aynurə Cəfərovaya qonşusu tərəfindən yaşadığı evdə iynə vurulub. Bu zaman qadın şoka düşüb. Qadın xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.