Goranboyda qadın öldürüldü, gəlini bıçaqlandı Vətən müharibəsi qazisi saxlanıldı

31.01.2026

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Goranboy rayonunda dəhşətli qətl hadisəsi baş verib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün səhər 5 radələrində rayonun Faxralı kəndi ərazisində qeydə alınıb.

Kənd sakini 1963-cü il təvəllüdlü Zoya Rüstəm qızı Əhmədova bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib. Hadisə zamanı Z.Əhmədovanın gəlini, 1995-ci il təvəllüdlü Jalə Sahib Qızı Yolçuyeva da bıçaqlanıb. O, xəstəxanaya çatdırılıb.

İlkin məlumata görə, hadisəni Z.Əhmədovanın oğlu, Vətən müharibəsi qazisi, üçüncü qrup əlil, 1987-ci il təvəllüdlü Emin Xaləddin oğlu Vəliyev törədib.

Hadisənin ailə münaqişəsi zəmininə baş verdiyi bildirilir.

Qeyd edilib ki, cinayəti törətdikdən sonra E.Vəliyev hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью