Göranboyda qadın qəza törətdi: özü və nəvəsi öldü

17.07.2025

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, Daşkəsən rayonunun Bayan kəndində qeydiyyatda olan 1958-ci il təvəllüdlü Nəsibə Nağıyevanın idarə etdiyi “Hunday” markalı, 77 HD 580 dövlət nömrə nişanlı avtomaşın yoldan çıxaraq aşıb.

Qəza zamanı sürücü və nəvəsi 2018-ci il təvəllüdlü F.Məmmədli hadisə yerində dünyasını dəyişib.

Sürücünün nəvələri - 2016-cı il təvəllüdlü Ə.Məmmədli və 2021-ci il təvəllüdlü A.Məmmədli xəsarətlərlə Yevlax rayon xəstəxanasına çatdırılıb. Sürücünün qızı, 1990-cı il təvəllüdlü Ayşən Məmmədlinin yüngül xəsarət aldığı bildirilir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью