Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
Goranboy rayonunda pedaqoq sirkə turşusundan zəhərlənərək ölüb.
Moderator.az xəbər verir ki, hadisə rayonunun Borsunlu kəndində qeydə alınıb.
Belə ki, Ofelya Musayeva sirkə turşusundan zəhərlənmə diaqnozu ilə ağır vəziyyətdə xəstəxanalardan birinə yerləşdirilib.
Pedaqoqa lazımı tibbi yardım göstərilsə də onun həyatını xilas etmək mümkün olmayıb. Məlumat üçün bildirək ki, mərhum Borsunlu kənd tam orta məktəbində rəsm xətt fənnini tədris edirdi. Pedaqoq bu günlərdə keçirilən imtahandan keçə bilməyib.
Faktla bağlı Goranboy rayon Prokurorluğunda araşdırma başlanılıb.