Goranboyda qadını bıçaqlayıb, maşınla üzərindən keçdi

22.11.2024

Unikal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Goranboyda bıçaqlanma hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Nərimanlı kəndi ərazisində qeydə alınıb. Lerik rayon sakini 1990-cı il təvəllüdlü Samir Akif oğlu İbrahimov, Balakürd kənd sakini 1990-cı il təvəllüdlü Gözəl Rasim qızı Fərəcovanı bel nahiyəsindən 2 bıçaq zərbəsi vurub, sonra avtomobillə üzərindən keçib. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью